Qurucudan Mesaj
Cəlal Məmmədov – Agroman MMC-nin qurucusu və kənd təsərrüfatı sahəsində illərin təcrübəsinə sahib bir mütəxəssisdir. O, bu şirkəti yaratmaqla Azərbaycanın aqrar sektorunda keyfiyyətli və etibarlı məhsullara olan ehtiyacı qarşılamağı, eyni zamanda fermerlərin inkişafına dəstək olmağı hədəfləmişdir. Onun liderliyi və uzaqgörənliyi sayəsində Agroman MMC bu gün gübrə, dərman və toxum sektorunda seçilən brendlərdən birinə çevrilmişdir. Cəlal Məmmədovun əsas prinsipi: “Torpağa dəyər ver, gələcəyini qur!”
“AgroMan komandamıza qoşulun! Kənd təsərrüfatı sahəsində peşəkar inkişaf və uğurlu karyera üçün bizimlə bir addım atın. Biz, innovativ yanaşma və güclü komanda ruhu ilə çalışırıq. Siz də bu ailənin bir parçası olmaq istəyirsinizsə, vakansiyalarımızla tanış olun!”